hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

PFL-dən “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı AÇIQLAMA

PFL-dən “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Neftçi” və “Qarabağ” azarkeşləri Azərbaycan çempionatının son turunda bu iki komanda arasındakı çempionluğu müəyyən edəcək qarşılaşmanı izləmək üçün AFFA və PFL-ə müraciət edib.

Fanatlar federasiyanın və çempionatı təşkil edən qurumun müvafiq orqanlara müraciət edərək tərəfdarların tribunaları buraxılmasını xahiş etmələrini istəyib.

PFL-dən “Qafqazinfo”ya verilən açıqlamada isə məsələ ilə bağlı bunlar deyilib:

“Sosial şəbəkələrdə azarkeşlərin “Neftçi” – “Qarabağ” oyununa gəlmək istəməsi ilə bağlı açıqlamalara, paylaşımlara rast gəlirik. Bu ondan xəbər verir ki, ölkədə futbola maraq var. Bu, həqiqətən də sevindirici məqamdır. Ümumi götürsək, biz ilk növbədə Operativ Qərargaha təşəkkür etməliyik ki, Azərbaycan I Divizionunun, Premyer Liqanın, Azərbaycan Kubokunun keçirilməsi ilə bağlı bizə dəstək oldu. Bir sıra qapanmalar və say artımı olsa da, biz müxtəlif yarışlar üzrə oyunlarımızı davam etdirə bildik. Yarışların davam etidirilməsi beynəlxalq qurumlar tərəfindən prioritet məsələ idi ki, biz də bunu həyata keçirə bildik. Operativ qərargah tərəfindən hələ ki, açıq havada idman oyunlarının keçirilməsinə azarkeşsiz icazə verilib. Bu məhdudiyyətlər sadəcə futbola aid deyil.

Ölkədə əksər yerlərdə qadağalar tətbiq olunur. Amma ümid edirik ki, bu qadağalar yaxın gələcəkdə aradan qaldırılacaq. Çünki dövlətin məqsədyönlü siyasəti nəticəsində vaksinasiya prosesi aparılır. “Neftçi” – “Qarabağ” oyununa indiki məqamda azarkeşlərin buraxılması gündəmdə olmasa da, ümid edirik ki, növbəti çempionata azarkeşlərlə başlayacağıq. Futbolun bəzəyi azarkeşlərdir, biz də onlar üçün çox darıxmışıq. Amma indiki məqamda qaydaları izləməli və onlara riayət etməliyik”.

Cebhe.info


Oxunma sayı: 749