hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Pirotexniki vasitələr aşkarlandı

Pirotexniki vasitələr aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "QAZ-31029" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobilin motorxanasında 490 ədəd üzərində "Enigma" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 672