hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pişəvəri və silahdaşları Sidneydə anıldı

Pişəvəri və silahdaşları Sidneydə anıldı

12 dekabr Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli hökumətin qurulduğu gündür. 

Bu gün Güney və Quzey Azərbaycanda, Türkiyədə, soydaşlarımızın səpələndiyi dövlətlərdə anım günü kimi qeyd olunur. 21 Azərin 74 illiyi Avstraliyada da keçirilib.

Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oytanın Cebhe.info-ya verdiyi məlumata görə, Sidneydə Pişəvəri və silahdaşlarının xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. 

Tədbirdə 21 Azərin tarixi əhəmiyyətindən danışılıb. 

Qeyd olunub ki, cəmi 1 il yaşasa da, Pişəvəri hökuməti bir sıra milli islahatlarla yadda qalıb, Güney Azərbaycan xalqının tarixində iz buraxıb.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 1299