Piyadanı öldürən sürücü hadisə yerindən qaçıb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.
Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.
Faktla bağlı araşdıma aparılır.
Cebhe.info
Oxunma sayı: 2432
Bizim Telegram səhifəmizi izləyin