hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

PKK-ya qarşı İran-Türkiyə ittifaqı: Tehran nə istəyir?

PKK-ya qarşı İran-Türkiyə ittifaqı: Tehran nə istəyir?

Bir zaman İran etnik təmizləmə apararaq Azərbaycan ərazisi olan və türklər yaşayan Urmiya, Xoy, Salmas ərazilərinə kürdləri yerləşdirməsinin nəticəsi “bəhrəsini” verir. 

Belə ki, yerli türk əhalini tarixi torpaqlardan çıxarmaq məqsədilə həyata keçirilən siyasət həmin əraziyə sonunca PKK-nın iran qolu olan "PJAK"-ın ayaq açmasına gətirib çıxartdı. Başqa sözlə, İran öz əli ilə qazdığı quyuya özü düşdü. 

İndi isə İran PKK-ya qarşı mübarizədə Türkiyəyə dəstək vermək məcburiyyətində qalıb. Türkiyənin gözlənilən hərbi əməliyyatları ərəfəsində İran sərhədə hərbçilər toplayıb.

Cebhe.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova İranın PKK-ya qarşı mübarizədə Türkiyəyə dəstək verməsi və onunla həmfikir olması əslində, rəsmi Tehranın öz mənafeyini qorumaq niyyətindən irəli gəldiyini deyib:

“Zamanında PKK-nı dəstəkləyən dövlətlərdən biri də İran olub. Məqsəd isə Türkiyəni zəiflətmək idi. İran geosiyasi maraqlardan çıxış edərək kürdlərin İrandilli xalq olmasına və İranla əlaqələrinə görə kürdləri daim dəstəkləyib. Amma bu gün İran görür ki, artıq PKK onun təhlükəsizliyinə təhdiddir. PKK ABŞ və İsraillə əlbir olaraq İranın təhlükəsizliyinə təhdid yaratmağa başlayıb. İran da bunu qəbul edə bilməz. Kürdlərin “Böyük Orta Şərq” ləyihəsi ki var, bu layihəyə əsasən, kürdlərin dövlət yaratması İran ərazilərinin də torpaq bütünlüyünü təhdid edir. Ona görə də keçmişdə İran PKK-nı nə qədər dəstəkləsə də, bu gün onun PKK-ya qarşı məqsədləri Türkiyə ilə üst-üstə düşür. Ona görə də İran Türkiyə ilə birləşib PKK-ya qarşı mübarizə aparmağa məcburdur. İran əslində, burada öz maraqlarını güdür. Bu gün İran, Türkiyə, Rusiya birlikdə PKK-nın dəstəkləyicisi olan ABŞ-a qarşı ümumi mübarizə aparmağa məcburdur. Bu birgə mübarizə ümumi təhlükə aradan qalxana qədər davam edəcək. Ümumi təhlükə aradan qalxdıqdan sonra bu dövlətlər arasında həmişəki mübarizə yenə də davam edəcək”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 1277