hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Planet üçün təhlükə: Dəhşətli fəlakətlər...

Planet üçün təhlükə: Dəhşətli fəlakətlər...

Səudiyyə Ərəbistanın Abha şəhərindən 110 kilometr şimalda yerləşən Billasmer bölgəsinə yağan qar hər kəsi təəccübləndirib.

Əsasən səhra iqliminin hökm sürdüyü bu əraziyə 100 il sonra qar yağıb.

Bu cür nadir rastlanılan hadisələr nə qədər maraqlı olsa da, qlobal iqlim dəyişikliyindən xəbər verir.

Bəs bu dəyişiklik planetimiz üçün təhlükəlidirmi?

Cebhe.info xəbər verir ki, iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bu təsirlərə misal olaraq, hava və okeanların artan tempraturlarını, qar və buzlaqların əriməsinin artmasından, okenların orta səviyyəsinin qalxmasını göstərə bilərik.

Aparılan araşdırmalara görə, son 100 ildə temperatur dəyişməsində istiləşmə əvvəlki dövrlərə nəzərən 2 dəfə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi birləşmələridir. Yəni bu qazların atmosfer qatına buraxılması və bu barədə tədbirlərə əməl olunmaması planetiminizin sonunu yaxınlaşdırır.

Alimlər də bu dəyişikliyin təkcə təbiətə, ətraf mühitə deyil, birbaşa insanlara da təhlükə saçdığını vurğulayır. Onlar hətta 2100-cü ilədək dəhşətli fəlakətlərin bizi gözlədiyini bildirirlər.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 969

Bizim Telegram səhifəmizi izləyin