hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Polietilenləri nə əvəzləyəcək?: "Ləğv edilməyən polietilenlər pullu olacaq" – Nazirlik

Polietilenləri nə əvəzləyəcək?: "Ləğv edilməyən polietilenlər pullu olacaq" – Nazirlik

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunub.

Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Maraqlıdır ki, bu torbaları nə ilə əvəz etmək olar?

Bu barədə Cebhe.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, göstərilən ləğv edilmə yalnız bir qisim polietilenə aiddir:

"Polietilen torbaların hamısı ləğv olunmayıb. Yalnız bir qrupundan söhbət gedir. Yəni burada yalnız çox nazik olan torbalardan söhbət gedir. Aydın məsələdir ki, növbəti qərarlarda tamamilə digər ləğv edilməyən qisim pullu olacaq. Bunun məqsədi polietilen torbaları azaldıb, yenrinə alternativlərinə keçmədir. Bunları pullu etmək marketdə və digər satış məntəqələrində pulsuz paylayıb təbiətə ziyan vurmağın qarşısını almaq məqsədi daşıyır. Bu təkcə Azərbaycanda deyil, bütün dünya təcrübəsində belədir".

Naibə
Cebhe.info


Oxunma sayı: 1475

Bizim Telegram səhifəmizi izləyin