hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Polis Ağdaş və Balakəndə əməliyyat keçirdi - 2 nəfər həbs edildi

Polis Ağdaş və Balakəndə əməliyyat keçirdi - 2 nəfər həbs edildi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 26 yaşlı Manaf Həbişov saxlanılıb.

Onun kənddə yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 452