Polis avtobusu aşdı: Ölən və yaralananlar var

Türkiyənin Mersin vilayətinin Tarsus mahalında içində çevik polislərin olduğu avtobus aşıb.
Cebhe.info xəbər verir ki, qəza nəticəsində 1 polis ölüb, daha 4 polis yaralanıb.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.
Yaralılar dərhal xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hazırda polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Əhməd
Cebhe.info
Oxunma sayı: 991
Bizim Telegram səhifəmizi izləyin