t Polis Maştağada əməliyyat keçirdi –Saxlanılan var
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Polis Maştağada əməliyyat keçirdi –Saxlanılan var

Polis Maştağada əməliyyat keçirdi –Saxlanılan var

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçridikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə idarəyə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram narkotik vasitə olan heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq F.Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən olunub. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 1684