hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Polis qaçqın çadırlarını sökür: ƏMƏLİYYAT

Polis qaçqın çadırlarını sökür: ƏMƏLİYYAT

Fransa paytaxtı Parisdə qanunsuz miqrantların yaşadığı çadır düşərgələri ləğv edilir. 

Cebhe.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Çadırlarda yaşayan şəxslər qaçqınların qəbulu mərkəzinə və məktəblərə aparılır. Onlar orada müvəqqəti olaraq saxlanılacaq.

Düşərgələr şəhərin şimal hissəsində yerləşib. Orada 1,2 min qaçqın yaşayıb. Əsasən Əfqanıstan, Somali və Çaddan olan qaçqınlar bu düşərgədə məskunlaşıblar. 

Əməliyyatda yüzlərlə polis əməkdaşı iştirak edib. Artıq yüzlərlə miqrand çadırlardan köçürülüb. Bundan başqa daha 3 min nəfərin yaşadığı çadırlar ləğv ediləcək. Onlar da ümumilikdə 16 min nəfər üçün nəzərdə tutulan saxlanma mərkəzlərinə köçürüləcək. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 397