hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Polisdən qəribə cəza: Maska taxmayan adamın başını əzdi

Polisdən qəribə cəza: Maska taxmayan adamın başını əzdi

Fransada polis dəmir yolu stansiyasında maska taxmayan və üzərində bıçaq gəzdirən İngiltərə vətəndaşının başını vuraraq əzib.

Cebhe.info xəbər verir ki, hadisə Fransanın Centre bölgəsindəki Orleans kəndində baş verib. Dəmir yolu stansiyasındakı 42 yaşlı İngiltərə vətəndaşı sərxoş olduğuna və maska taxmadığına görə ətrafdakılar polisə xəbər verib. 2 polis İngiltərə vətəndaşı olan şəxsi maska taxmadığına görə əvvəlcə döyüb daha sonra isə nəzarətə alıb. Polisin şiddətinə şahid olan ətrafdakılar hadisəni videoya çəkiliblər.

Görüntülərdən məlum olub ki, polis şəxsə təpik vurduqdan sonra ayağı ilə başını əzib.

Qeyd edək ki, polis tərəfindən döyülən şəxs xəstəxanada ilkin müdaxilə edildikdən sonra polis nəzarətinə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 815