hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Politoloq xəstəxanada gördüklərindən yazdı: “Bahalı olmayan alət belə yox idi”

Politoloq xəstəxanada gördüklərindən yazdı: “Bahalı olmayan alət belə yox idi”

“Fevral ayında cərrahiyə əməliyyatına hazırlaşarkən mənə Türkiyəyə yollanmağı məsləhət bilərək bunu belə əsaslandırdılar: “Sizin əməliyyat üçün nero monitor lazımdır. Həmin monitor Azərbaycandakı xəstəxanalarda yoxdur. Həmin monitor olmadan əməliyyat zamanı yüksək nəticə əldə etmək çətindir”. Daha sonra öyrəndim ki, həmin nero monitor çox da bahalı alət deyil. “Bu qədər xəstəxanalar tikilir, bahalı avadanlıqlar da alınır, bəs bu monitor haqqında niyə düşünən yoxdur” sualı uzun müddətdir məni düşündürür”.

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, həmin monitorun yoxluğuna görə Azərbaycan vətəndaşları borca girməli Türkiyəyə və Rusiyaya yollanmalıdırlar:

“Kiyevdəki dostlarımdan öyrəndim ki, həmin nero monitorlar maliyyə baxımdan bizdən kasıb olan Ukraynanın bir neçə neyrocərrahiyə xəstəxanasında da var. Azərbaycanda başqa bir alətin - gamma knife (lazer bıçağın) olmadığını da öyrəndim. Bu bıçaq vasitəsilə cərrahiyə müdaxiləsi olmadan kiçik həcmli şişlər neytrallaşdırılır. Təsəvvür edin ki, həmin alət üçün də minlərlə Azərbaycan vətəndaşı borca girməli, Türkiyə və ya Rusiyaya bahalı əməliyyatlara yollanmalıdır. Bu, hələ mən bildiklərimdir. Ona görə də Oqtay Şirəliyevin dəyişməsi ilə səhiyyəmizin problemi həll olunmayacaq. Səhiyyəmizin ağır xəstəlikdən qurtulması üçün köklü islahatlara ehtiyacı var, yoxsa “xaricdə təhsil alan” baş həkimlərin təyinatlarıyla uzağa gedə bilməyəcəyik".

Cebhe.info


Oxunma sayı: 584