hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Politoloqdan təklif: “Şuşada hərbi parad keçirilsin”

Politoloqdan təklif: “Şuşada hərbi parad keçirilsin”

“ATƏT-in Minsk qrupuna o halda icazə verilməlidir ki, Xankəndi, Xocavənd və Ağdərədə Azərbaycanın yurisdiksiyasının bərpa edilməsi üçün təkliflər irəli sürsün”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirib:

“Burada yaşayan ermənilərin Azərbaycanın tərkibinə reinteqarasiyası üçün real proqramlar həyata keçirilsin. Hazırda 10 noyabr bəyannaməsindən irəli gələn bir neçə bənd Rusiya tərəfindən həyata keçirilmir.

Bura silahlı erməni birləşmələrinin ləğvi və köçkün azərbaycanlıların Xankəndinə qayıtması daxildir. Bu bəndlər həyata keçirilməyincə və Laçın dəhlizində Azərbaycan postu qurulmayınca, Minsk qrupunun fəaliyyətə keçməsi əleyhimizədir. Rusiya və Fransa yaxşı bilir ki, bu mümkün olmayacaq və Azərbaycan heç vaxt ermənilərə status tanımayacaq”.

Politoloq hesab edir ki, ümumiyyətlə, Fransa ilə diplomatik əlaqələri kəsmək, iqtisadi əlaqələri dayandırmaq və Parisdən Azərbaycan səfirini məsləhətləşmək üçün geri çağırmaq lazımdır:

“Fransa Azərbaycana qarşı konkret şəkildə diplomatik və siyasi hücuma keçib və separatizmə açıq şəkildə dəstək verir. Ermənistan rəhbərliyi Fransa kimi özünü aparmır. Moskva və Paris birgə erməni separatizminin inkişafına stimul verməyə çalışırlar. Onlara ən yaxşı cavabı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərində hərbçilərimizin iştirakı ilə parad keçirməklə vermək lazımdır”.

Cebhe.info


Oxunma sayı: 3257