hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Poroşenko günahkar bilindi - MƏHKƏMƏ QƏRARI

Poroşenko günahkar bilindi - MƏHKƏMƏ QƏRARI

Ukraynanın sabiq prezidenti Petro Poroşenko barədə məhkəmə qərarı verilib.

Cebhe.info xəbər verir ki, qanun pozuntusu prezident tərəfindən energetika və kommunal xidmət sahəsində dövlət tənzimlənməsinə dair komissiya yaradılmasında qeydə alınıb.

Komissiya 2014-cü ilin avqustunda yaradılıb. 2016-cı ildə Ali Rada komissiyanın daimi işləyən qurum olması haqqında qanun layihəsini təsdiqləyib. Komissiya üzvlərini prezident təyin və azad edir.

Konstitusiya Məhkəməsi indi qərar verib ki, Poroşenko bu haqda qərarı imzalayarkn səlahiyyət həddini açıb. Çünki ana yasa dövlət başçısına belə qurumlar yaratmaq hüququ vermir.

Komissiyanın statusu da konstitusiyaya uyğun deyil. 

Komissiya öz fəaliyyəti dövründə bir sıra qalmaqallarla yadda qalıb. Onu Poroşenko və ətrafının maraqlarına xidmət etməkdə ittiham ediblər. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 430