hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Poroşenko Zelenskini təcili studiyaya çağırdı: Onun ölkədə olmadığını bilə-bilə…

Poroşenko Zelenskini təcili studiyaya çağırdı: Onun ölkədə olmadığını bilə-bilə…

Ukrayna prezidenti Petro Poroşenko seçkidəki rəqibi Vladimir Zelenskini debata çağırıb.

Cebhe.info xəbər verir ki, o, televiziya proqramlarından birində çıxışında telefonla Zelenskiyə müraciət edərək 40 dəqiqə ərzində studiyaya dəvət edib. Bildirib ki, burada debat keçirə bilərlər. Zelenski təklifdən imtina edib və bunu Parisdə olmasıyla əlaqələndirib. Namizəd deyib ki, əslində onun Parisdə olmasından Poroşenko da xəbərdardır və məhz buna görə onu debata dəvət edib.

Zelenski xatırladıb ki, 12 apreldə prezident Emmanuel Makronla görüşəcək. Həmin gün prezident həm də Poroşenko ilə danışacaq.

Zelenski qeyd edib ki, o, debatdan imtina etmir, ancaq indiki halda iştirak mümkünsüzdür.

Xatırladaq ki, tərəflər artıq 19 apreldə Kiyevdəki "Olimpiya" stadionunda debatda iştiraka razılıq veriblər.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1026