hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Postpandemiya dövründə turizmin inkişafı imkanları: “Yaxın 2 il ərzində bunu müşahidə edəcəyik”

Postpandemiya dövründə turizmin inkişafı imkanları: “Yaxın 2 il ərzində bunu müşahidə edəcəyik”

2021-ci ilin 1-ci rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110.8 milyon dollar təşkil etmişdir.

Bu, 2021-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilir.

Qeyd edilib ki, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84.7 milyon dollar) ixracı (26.1 milyon) üstələməsi nəticəsində 58.6 milyon dollar həcmində kəsir yaranmışdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8.4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4.4 dəfə azalmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84.7 mln.$ olmuşdur. Bunun 91.7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub.

Maraqlıdır, turizm sektorunda yaranan kəsr necə həll olunacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, turizm sektorunda kəsirin yaranmasının müxtəlif səbəbləri var:

"Belə ki, pandemiya səbəbindən Azərbaycan daxil, dünyanın bir sıra ölkələrdə sərhəddlər vətəndaşlar üçün bağlıdır. Məhz sərhəddlərin uzun müddət bağlı qalmasına görə Azərbaycan, eləcə də dünya turizmi böhran şəraitindədir və ziyanla işləyir. Artıq Azərbaycanda daxili turizm bərpa olunur. Azərbaycanda gəlmə turizm ilə bağlı bir sıra yeniliklər də var. Belə ki, iyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşlarına hava yolları ilə ölkəmizə səfər edə bilirlər".

Kənan Quluzadə qeyd edib ki, indi növbəti müzakirə edilən, gözlənilən addımlar bu ölkələrin coğrafiyasının genişləndirilməsidir ki, daha çox ölkə vətəndaşlarına Azərbaycana səfər etməyə icazə verilsin:

"Yəni bu ziyandan çıxış yolu sərhəddlərin açılmasıdır. Yaxın 2 il ərzində bunu müşahidə edəcəyik. Biz turizmin geriyə dönüş etdiyini və mənfəət qazandığını görəcəyik".

Ülviyyə Ayzər qızı
Cebhe.info


Oxunma sayı: 969