Premyer Liqa oyunları sükutla başlayacaq

Premyer Liqamızın 17-ci turunda bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Cebhe.info xəbər verir ki, Peşəkar Futbol Liqası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.
Qeyd edək ki, görüşlər fevralın 25-də baş tutacaq. Həmin gün "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul edəcək.
Cebhe.info
Oxunma sayı: 496