hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Prezident 2 generalı vəzifədən kənarlaşdırdı

Prezident 2 generalı vəzifədən kənarlaşdırdı

Rusiya lideri Vladimir Putin jurnalist İvan Qolunovun işi ilə əlaqədar iki polis generalını vəzifəsindən kənarlaşdırıb.

Cebhe.info xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsinin müdiri, general-mayor Yuri Devyatkin və Moskva şəhər daxili işlər şöbəsinin müdiri Andrey Puçkov vəzifələrindən azad ediliblər. 36 yaşlı Qolunov iyunun 6-da həbs edilib. Rəsmi itithama görə, o, külli miqdarda qeyri-qanuni narkotik satmağa çalışıb.

Qolunovun özü və onun tərəfdarları bu ittihamı rədd edir. Onlar hesab edirlər ki, jurnalist Moskva rəsmilərinin korrupsiya fəaliyyətinə dair araşdırmalarına görə cəzalandırılıb. Jurnalist İvan Qolunova qarşı cinayət ittihamlarının aradan qaldırıldığı və onun iyunun 11-də ev dustaqlığından azad ediləcəyi bildirilir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1035