hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Prezident böyük qızını öz yerinə hazırlayır: Kiçik qızı isə unudub - FOTO

Prezident böyük qızını öz yerinə hazırlayır: Kiçik qızı isə unudub - FOTO

Prezident İslam Kərimovun vəfatından  sonra Özbəkistanda islahatların başladığını elan edən Prezident Şövkət Mirziyoyevin 35 ən gənc və ümidverici kadrının siyahısı yayılıb. 

Cebhe.info xəbər verir ki, siyahını Özbəkistanda fəaliyyət göstərən "Yüksəliş" təşkilatı hazırlayıb. Siyahıya nazirlik və digər dövlət qurumlarında çalışan, yaşı 40-dan az olan kadrlar daxil edilib. Onlar “islahatların lokomotivi” hesab edilir. 

Siyahıda Şövkət Mirziyoyevin böyük qızı Səidə Mirziyoyeva da var. O, 12 apreldə Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktor müavini təyin edilib. Prezidentin kiçik qızı Şahnoza Mirziyoyeva isə siyahıya ümumiyyətlə daxil edilməyib. O, bu ilin avqustunda Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil İdarəsinin müdiri təyin olunub. 

Siyahının yayılması müzakirələrə də yol açıb. Bəziləri bu siyahının məhz Prezidentin qızı Səidə Mirziyoyevanın cəmiyyətə geniş təqdimatı məqsədilə hazırlandığını, diqqəti bu məqsəddən yayındırmaq üçün sıralamanın vəzifəyə və statusa görə yox,  soyda uyğun tərtib edildiyini bildirib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6392