hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Prezident baş prokuroru vəzifədən azad etdi: “Hər iki əməkdaşdan biri işdən qovulacaq"- RÜŞVƏT QALMAQALI

Prezident baş prokuroru vəzifədən azad etdi: “Hər iki əməkdaşdan biri işdən qovulacaq"- RÜŞVƏT QALMAQALI

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ölkənin prokurorluq sistemində dəyişiklik edib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, baş prokuror Otabek Muradov vəzifəsindən azad edilib. Onun vəzifəsindən azad edilməsinin səbəbi rüşvət qalmaqalı olub. Baş prokuror rüşvət almaqda ittiham edilir. Muradovu bu vəzifədə Neymatulla Yoldaşov əvəzləyib. Muradova qarşı cinayət işi açılıb. Mirziyoyev bildirib ki, sabiq baş prokuror 50-100 min dollar rüşvət götürüb.

Prezident Yoldaşovə tapşırıb ki, prokurorluq orqanlarında qayda-qanun yaratsın, əks təqdirdə bu sistemdə əməkdaşların 60 faizini işdən azad edəcək.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4170