hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Prezident biznesindən imtina etdi 

Prezident biznesindən imtina etdi 

Ukrayna prezidenti Vladimir Zelenski bir neçə ay ərzində şirkətlərdəki bütün paylarını yoldaşlarına və tərəfdaşlarına təhvil verib.

Cebhe.info xəbər verir ki, bu məlumat vahid dövlət reyestrində yerləşdirilib. Prezidentin mülkiyyət strukturundakı bütün dəyişikliklərin 2019-cu ilin yazında qeydə alındığı bildirilir. Zelenski 8 şirkətdəki payını köhnə tərəfdaşı, prezidentin birinci köməkçisi olan Sergey Şefirə verib. Daha iki şirkətin səhmləri isə Sergey Şefirin böyük qardaşı, "Kvartal-95" studiyasının müəllifi və baş redaktoru Bori Şefirə bağışlanıb. Vladimir Zelenskinin adı yalnız bir hüquqi şəxsdə-"Gənclər mərkəzi "Gülüş Liqası " ictimai təşkilatında qalıb. Söhbət Zelenskinin paya malik olduğu 10 şirkətdən gedir.

Kino və video filmlər istehsalı, "Kvartal-95" televiziya proqramı  Kipr şirkəti "Green Family" şirkətinə məxsusdur. Hazırkı sahibləri Sergey və Boris Şefirlər, Timur Mindiçdir. "Kvartal-95"in sahibləri arasında Sergey Şefirdən başqa Yuri Maxovski və Andrey Xarlamov da var. Zelenski "Animation Studio" cizgi filmləri istehsalı şirkətinin səhmlərinin 45 faizini Boris və Sergey Şefir qardaşlarına bağışlayıb. Bundan başqa, prezident "Kvartal-konsert", "Kinovvartal" şirkətlərini və "Fiş-Haus" restoranını da Sergey Şefirə verib. "Haudi Studio" kinoşirkətinin səhmləri Sergey Şefir, Boris Şefir, Yevgeni Yarmilko və Andrey Badoyev arasında bölüşdürülüb. "İnvest Anima" səsyaz studiyasının səhmləri də Boris Şefir və Andrey Yakovlev arasında 50 faiz olmaqla bölünüb. 
Müşfiq Abdulla
 Cebhe.info


Oxunma sayı: 661