t Prezident göstəriş verdi: Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən çıxarıldı - FOTO
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Prezident göstəriş verdi: Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən çıxarıldı - FOTO

Prezident göstəriş verdi: Azərbaycanlı tələbələr zəlzələ bölgəsindən çıxarıldı - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ, Malatya, Diyarbəkir, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində dünən gecə zəlzələ baş verib. 

İlkin məlumata görə, zəlzələdə 22 nəfər həlak olub, 1500 nəfər isə xəsarət alıb. Ölü sayının artacağı istisna olunmur.

Elazığdakı Fırat Universitetində təhsil alan azərbaycanlı tələbələr də çətin vəziyyətlə üzləşib. Əksər yataqxana və yaşayış binalarına ciddi ziyan dəydiyindən məkanlar boşaldılıb. Gecəni küçədə keçirən tələbələr şəhəri tərk etmək məcburiyyətində qalıblar. 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülüb.

Artıq tələbələri təxliyyə edən avtobus Elazığ avtovağzalından yola düşüb. Tələbələr əvvəlcə Naxçıvanata aparılacaq, daha sonra isə paytaxt Bakıya gəlmələri təmin ediləcək.  

Məlumat üçün bildirək ki, bölgədə 500-dən artıq azərbaycanlı tələbələr təhsil alır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5919