hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Prezident iki generalı istefaya göndərdi: Qalmaqallı jurnalist işi

Prezident iki generalı istefaya göndərdi: Qalmaqallı jurnalist işi

Rusiyada saxlanılaraq ev dustağı edilən, daha sonra azad olunan jurnalist İvan Qolunovun  həbsiylə başlayan qalmaqal bir neçə generalın vəzifəsindən azad edilməsiylə nəticələnib. 

Cebhe.info xəbər verir ki, Prezidnt Vladimir Putin generallar Yuri Devyatkin və Andrey Puşkovun istefaya göndərilməsi haqqında qərar imzalayıb. 

Prezidentin sərəncamı Kremlin saytında yerləşdirilib. Generalların adı"Meduza" nəşrinin əməkdaşı İvan Qolunovun saxlanması işində hallanırdı. 

11 iyunda Rusiya DİN sübutlar olmadığına görə jurnalistlə bağlı cinayət işinə xitam verib. Narkotik maddə saxlamaqda ittiham olunan jurnalistin azad edilməsi üçün Moskva və digər şəhərlərdə aksiyalar təşkil edilmişdi. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 3345