hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezident korrupsioner məmurların həbsini istəyir

Prezident korrupsioner məmurların həbsini istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski korrupsioner məmurların həbsini tələb edib.

Cebhe.info xəbər verir ki, bu barədə prezident özünün “Facebook” səhifəsində bildirib.

Zelenskinin fikrincə, hər bir məmur, nazir və deputat sadə həqiqəti xatırlamalıdır: "Oğurlasan yatarsan, rüşvət alsan, yatarsan. İstisnalar olmamalıydı, ancaq Ukraynadakı siyasi və işgüzar sistem çoxdan bəri bu cür istisnalar üzərində qurulmuşdu, “lazımlı insanlar” hər işi bağlaya bilərdilər”.

Prezident qeyd edib ki, 2019-cu ildə qanunsuz yolla varlanmaya görə cinayət məsuliyyəti ləğv edilməsəydi, minlərlə korrupsioner faktiki olaraq amnistiya almazdı. “Əgər bu olmasaydı, indi həbsxanalarda böyük tok-şoular təşkil etmək olardı, həmin şouların da hörmətli spikerlərini görərdik", - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, 2019-cu ildə seçkilərdə Zelenskinin əsas şüarı korrupsiyaya qarşı mübarizə olub. Oktyabr ayında prezident Ukrayna cəmiyyətinin qanunsuz yolla sərvət toplayan yüksək rütbəli məmurlar üçün həbs cəzası tələbini səsləndirib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 914