hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezident: “Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar”

Prezident: “Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar”

“Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakəndə səfərdə olarkən deyib.

Dövlət başçısı “Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir”,- deyə vurğulayıb.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2003

Bizim Telegram səhifəmizi izləyin