hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezident:“Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır”

Prezident:“Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır”

“Layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən “ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakəndə səfərdə olarkən deyib.

“Mən bu mərkəzlə tanış olarkən əlavə tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımi sahələr burada öz həllini tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında təkliflər irəli sürülüb və gələcəkdə bu da həll olunacaqdır”,- deyə Prezident vurğulayıb.
Xəzər

Cebhe. info


Oxunma sayı: 1244