hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezident: “Onların hərbi rəhbərliyi bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir”

Prezident: “Onların hərbi rəhbərliyi bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir”

“Mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik”.

Cebhe. info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı deyib.

Prezident çıxışının davamında “Demək olar ki, mən bizim xarici siyasətlə bağlı əsas məsələləri qeyd etdim. Əlbəttə, bu görüş əsnasında bütün başqa məsələləri əhatə etmək vaxt baxımından mümkün deyil. Ancaq əminəm, idarəetmədə əldə etdiyiniz təcrübə sizə imkan verəcək ki, qısa müddət ərzində işin içinə girəsiniz. Dediyim kimi, Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarını tam təmin etmək üçün öz sözünü deyəcək. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram”,-deyə vurğulayıb.

Xəzər
Cebhe. info


Oxunma sayı: 1376

Bizim Telegram səhifəmizi izləyin