t Prezident postuna bir nəfərin ard-arda iki dəfədən artıq seçilməsi qadağan edilməlidir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Prezident postuna bir nəfərin ard-arda iki dəfədən artıq seçilməsi qadağan edilməlidir

Prezident postuna bir nəfərin ard-arda iki dəfədən artıq seçilməsi qadağan edilməlidir

Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə növbəti müraciətlə çıxış edib.

V.Putin ölkənin Federal Məclisinə 16-cı dəfə müraciət edib. Bundan əvvəl Boris Yeltsin və Dmitri Medvedev də Federal Məclisə belə müraciətlərlə çıxış etmişdilər. Ənənəyə görə, Vladimir Putin bu çıxışları zamanı ölkədə yaranmış vəziyyəti təhlil edir, perspektivlər və planları müəyyənləşdirir.

Builki müraciətində də Vladimir Putin iqtisadi və sosial məsələlərə toxunub, səhiyyə və təhsil sahələrində yeniliklərin tətbiqinə, demoqrafik vəziyyətin yaxşılaşdırılmasına dair təkliflərini verib. Prezident ali məktəblərdə büdcədən maliyyələşən yerlərin artırılması, əhalinin lazımi dərmanlarla təchizatının yaxşılaşdırılması, uşaqlı ailələrə yardımın, məktəb və uşaq bağçalarının sayının artırılması, internetdən istifadənin asanlaşdırılması və digər məsələlərdən danışıb.

Dövlət başçısı Konstitusiyaya dəyişiklər olunmasını təklif edib. O bildirib ki, yüksək vəzifəli şəxslərin xarici ölkədə vətəndaşlıq və yaşamaq hüququ alması, Rusiya Prezidenti postuna bir nəfərin ard-arda iki dəfədən artıq seçilməsi qadağan edilməlidir. Bundan əlavə, güc strukturlarının rəhbərlərinin və regional prokurorların namizədlikləri Federasiya Şurası ilə razılaşdırılacaq.

AzərTAc xatırladır ki, Vladimir Putin 2000-ci ildən ölkənin Federal Məclisinə müraciətlə çıxış edir. İndiyə kimi ən uzunmüddətli çıxış 2018-ci ildə qeydə alınıb. Müraciətin təqdimatı mərasiminə hökumət üzvləri, deputatlar, senatorlar, İctimai Palatanın üzvləri, diplomatlar dəvət edilir. Bu il tədbirə 1000-dən çox şəxs, o cümlədən 761 jurnalist dəvət alıb.

Cebhe.info


Oxunma sayı: 771