hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Prezident Qarabağa "Böyük qayıdış"dan danışdı: "Mən də özümə hər gün eyni sualı verirəm"

Prezident Qarabağa "Böyük qayıdış"dan danışdı: "Mən də özümə hər gün eyni sualı verirəm"

"Soydaşlarımızın öz torpaqlarına qayıtması ilə bağlı mən də özüm-özümə hər gün eyni sualı verirəm. Mən də istəyirəm ki, qısa müddət ərzində biz buna nail olaq. Bunun üçün kompleks tədbirlər görülməlidir. İndi minatəmizləmə prosesi başa çatandan sonra paralel olaraq bu işləri başlayırıq".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı xatırladıb ki, bu yaxınlarda ağıllı kənd layihəsinin gerçəkləşdirilmsinə başlanılıb:

“Zəngilanın 3 kəndində bu layihə həyata keçiriləcək. Təlimat vermişdim ki, layihə ilin sonuna kimi başa çatsın. Orada təxminən 1000-ə yaxın insan yerləşdiriləcək. Bütün lazımi infrastruktur inşa ediləcək. Belə pilot layihələr çox ola bilər və bunun üzərində işlənilir".

Cebhe.info


Oxunma sayı: 1343