hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

PREZİDENT: "Rədd ol torpağımızdan, dayanaq"

PREZİDENT: "Rədd ol torpağımızdan, dayanaq"

“Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs, get köçür, görüm, necə köçürəcəksən. Bu saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirilən yer nə gündə oldu, darmadağın etmişik oranı, darmadağın! 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Bir görüm hansı şərti qoyursan?! Nə oldu bəs?

Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altında imdad diləyirsən ki, Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan, dayanaq, rədd ol torpağımızdan, dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah mən buradan çıxıram – dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin!”, - Prezident vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 1178

Bizim Telegram səhifəmizi izləyin