hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Prezident və nazir yovşan qalmaqalının mərkəzində: Siyasət, yoxsa insan daha dəyərlidir?

Prezident və nazir yovşan qalmaqalının mərkəzində: Siyasət, yoxsa insan daha dəyərlidir?

Qırğızıstanın Səhiyyə naziri Alımkadır Beyşenaliyev zəhərli yovşan bitkisinin yeni növ koronavirus xəstələrinin müalicəsində istifadə edildiyini və təsirli olduğunu irəli sürməsi ölkədə qalmaqal yaradıb.

Cebhe.info xəbər verir ki, nazir canlı yayımda həmin bitkidən hazırlanmış çayı qəbul edib.

Nazirin bu çıxışından sonra iki qırğız vətəndaşı bitkini dəmləyərək içib. Hər iki şəxs xəstəxanalıq olub. Xəstəxana zəhərlənən şəxsləri nəzarətə götürüb.

Belə ki, xəstələrin yovşandan uzun müddətdir terapevtik məqsədlər üçün istifadə etdikləri və 2 gün əvvəl dozanın artırılması nəticəsində vəziyyətlərinin pisləşdiyi bildirilib.

Bu hadisədən sonra həmişə siyasi qalmaqallarla gündəmə gələn Qırğızıstanda başqa bir qalmaqal yaranıb. Belə ki, Prezident Sadır Jarapov bütün dünyanı koronavirusa qarşı dərman tapmaqla bağlı xəbərdar etsə də, ölkə yenidən qalmaqalın mərkəzinə çevrilib.

Belə ki, nazirin çıxışından sonra həkimlər və hətta deputatlar ona qaşrı çıxışlara başlayıblar.

Ölkədə 4 klinikada sözügedən çaydan qaynar formada istifadə edildiyini deyən nazir əhalini doğru yönləndirməməkdə və məsuliyyətsizlikdə günahlandıblar. Baxmayaraq ki, nazir bütün məsuliyyəti üzərinə götürəcəyini deyib, ancaq bunu hansı formada edəcəyini deməyib.

Əgər şəxs koronavirusdan vəfat edərsə, nazir buna necə məsuliyyət daşıyacaq? Bu sualın cavabı açıq qalır.

İndi Qırğızıstanda döyüş yenidən qızışıb. Həkimlər Səhiyyə nazirinə qarşı çıxaraq bunun mümkünsüz olduğunu bildirib və naziri xalqı təhlükəyə atmaqda ittiham edib. Deputatlar da bu məsələdə həkimlərlə həmrəydirlər.

Deputatlar parlamentdə hətta nazirin istefası təşəbbüsünü qaldırıblar. Sosial məsələlər və səhiyyə komitəsində təklif artıq dilə gətirilib.

Nazir isə həm də Ümumdünya Səhiyyə Təşilatına qarşı mövqe sərgiləyib. O bildirib ki, ÜST ancaq tövsiyə verə bilər, ölkələri qapanmağa və daha sərt tədbirlər görməyə vadar edə bilməz.

Hətta iş o yerə çatıb ki, “Facebook" Qırğızıstan prezidentinin sözügedən bitki ilə müalicəsinə dair görüntüləri silib. Prezidentin mətbuat katibi Qalina Baytarek bildirib ki, bunu “Facebook” etməyib, təşəbbüs müəllifin özündən gəlib. Nazir isə əvvəl olduğu kimi bu istiqamətdə fəaliyyətini davam etdirir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1904