hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Prezident xalqı küçələrə çağırdı 

Prezident xalqı küçələrə çağırdı 

Moldova prezidenti İqor Dodon tərəfdarlarını etiraz aksiyası keçirmək üçün küçələrə çıxmağa çağırıb.

Cebhe.info-nun məlumatına görə, aksiya iyunun 16-a təyin edilib. Bu barədə prezident parlamentdə keçirdiyi mətbuat konfransında açıqlama verib. Etirazçılar ACUM blokunun lideri Mayya Sandunun rəhbərlik etdiyi hökumətin müdafiəsi üçün küçələrə çıxacaq. Dodonun sözlərinə görə, Mayya Sandu və sosialist Zinaida Qreçanaya onunla birlikdə mitinq təşkil etmək ideyasını irəli sürüb. Moldova prezidenti qeyd edib ki, aksiya dinc xarakter daşıyacaq. Çünki sosialistlər və sağçılar ölkədə sabitliyin pozulmasını istəmir. İqor Dodon əlavə edib ki, Moldova Demokrat Partiyasına təzyiqlər artdığından aksiyada çoxsaylı insanın iştirak etməsini istəyir. O, əvvəlki hakimiyyəti parlamenti boykot etməyi dayandırmağa və güclü müxalifət qurmağa çağırıb.

“Əgər biz çox olsaq, hakimiyyətin dinc yolla ötürülməsi prosesi sürətlənəcək”, - prezident belə deyib.

Xatırladaq ki, iyunun 9-da Moldovanın Konstitusiya Məhkəməsi İqor Dodonu prezident səlahiyyətlərindən məhrum edib və onun vəzifəsini icra etməyi müvəqqəti olaraq, Demokrat Partiyasından baş nazir seçilmiş Pavel Filippə həvalə edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1541