hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Prezidentdən son xəbərdarlıq: “Bütün partiyalar müzakirəsiz Qarabağ məsələsində İlham Əliyevin yanında olmalıdır” - Partiya sədri

Prezidentdən son xəbərdarlıq: “Bütün partiyalar müzakirəsiz Qarabağ məsələsində İlham Əliyevin yanında olmalıdır” - Partiya sədri

Prezident İlham Əliyev son Cəbrayıl və Zəngilan səfərində bir daha Azərbaycana qarşı təxribatçı mövqe tutan separatçılara və onlara dəstək verənlərə xəbərdarlıq edib.

Prezident çıxışında xəbərdarlığın həm də sonuncu olduğunu vurğulayıb.

“Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik.

“Dəmir yumruq" düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır.

Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq”, - deyə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərkən belə deyib.

Göründüyü kimi, Prezident sonuncu xəbərdarlığı təkcə Ermənistana deyil, həm də onlara havadarlıq edənlərə, dolayısı ilə həm də Rusiyaya idi. Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin ünvanladığı mesajlar birbaşa ünvanına çatıb:

“Təkcə Cəbrayılda, Zəngilanda yox, ondan əvvəlki Qarabağ səfərlərində də Prezident “İsgəndər-M” raketi ilə bağlı konkret mövqe ortaya qoydu. Nəticədə Ermənistan və ona bağlı silahlı birləşmənin rəhbəri Araik Arutunyan Rusiyadan aldığı tapşırıqlarla bölgədə süni problem yaratmağa çalışdı. Açıq demək lazımdır ki, sülhməramlıların komandanı Rüstəm Muradov Arutunyanla yaxınlıq edir. Heç görümüsünüzmü ki, general Muradov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ilə görüşsün? Torpaqlar işğaldan azad olunanda bu günə qədər Muradov yalnız birtərəfli qaydada iş aparır. Buradan da açıq görünür ki, Prezident İlham Əliyev səsləndirdiyi fikirlərdə birmənalı olaraq haqlıdır. Preizdent İlham Əliyev tək Ermənistanda olan revanşist qüvvələrə yox, həm də onları himayə edənlərə də mesaj ünvanladı. Ermənistanda revanşist qüvvələr Köçəryan-Sarkisyan-Arutunyan üçlüyüdür. Onlar hər vəhclə çalışırlar ki, Qarabağ məsələsindən istifadə edərək daxili siyasi proseslərə müdaxilə etsinlər. Azərbaycana qarşı cinayətlər işləyən bu üçlük çalışır ki, Rusiya ilə əl-ələ verərək Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Onlar Xankəndidə, Xocalıda hərbi təxribatlar törədərək seçkiqabağı reytinqlərini artırmaq istəyirlər”.

Partiya sədri qeyd edib ki, Rusiya Prezidenti bu proseslərə müdaxilə etməməklə öz imzasına hörmətsizlik edir. Çünki Rusiya Prezidenti bu konfliktdə tərəf yox, orbitor olmalıdır:

“Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatında Putin qarant kimi çıxış edir. Amma faktiki olaraq Putin Azərbaycan ərazisində yeni bir Osetiya, Abxaziya, Donbas, Krım yaratmaq istəyir. Bu, açıq şəkildə görünür. Osetiyada 50 min separatçı yaşayır deyə Rusiya Gürcüstanın qarşısında xalqların öz müqəddəratını həlletmə məsələsini qoyur. İndi də Rusiya mətbuat vasitəsilə təbliğ edir ki, 100 min erməni Xankəndinə köçürülüb. Bunlar hamısı nağıldır, utopiyadır. Xankəndinə 20-30 min civarında erməni köçürülüb, amma bunu 100 min kimi təqdim edirlər. Rusiyanı tənqid etməkdən qorxmaq lazım deyil. Bəzi dövlət adamları Rusiyanın adını çəkməyə qorxur. Prezident İlham Əliyevdən nümunə götürmək lazımdır. Mən bunu Prezident İlham Əliyevə xoş gəlmək üçün demirəm, vicdanı olan, vətəni sevən bir partiya sədri kimi deyirəm. Rusiya bu gün Ermənistanın revanşist qüvvələri ilə birlikdə Azərbaycan ərazisində yeni bir “dövlət” yaratmaq xətti tutub. Buna biz xalq, siyasi partiyalar olaraq birlikdə sinə gərməliyik. Prezidentin Qarabağla bağlı yürütdüyü istənilən siyasəti birmənalı olaraq müzakirə etmədən dəstəkləməyilik. Çünki biz də bilirik ki, İlham Əliyev necə milli liderdir, Azərbaycan torpağının bir qarışını belə düşmənə güzəştə getməyəcək şəxsiyyətdir. Bunu onun 17 illik prezidentlik müddəti sübut edirdi, hərbi əməliyyatlar isə bunu bir daha çılpaqlığı ilə ortaya qoydu. Müzakirəsiz bütün siyasi partiyalar Qarabağ məsələsində İlham Əliyevin yanında olmalıdır, lazım olarsa əsgəri olmalıdır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 8196