hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezidentdən tapşırıq: "Polad Həşimovun qohumlarına xüsusi diqqət göstərilməlidir"

Prezidentdən tapşırıq: "Polad Həşimovun qohumlarına xüsusi diqqət göstərilməlidir"

"Vəndam kəndi böyük kənddir, qədim kənddir, qədim yaşayış yeridir. Qəbələ şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Kəndin həm Qəbələ rayonunda, həm ölkə ərazisində xüsusi yeri vardır. Kəndin ziyalıları, ağsaqqalları bizim fəxrimizdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində deyib.

Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışan və xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verən Prezident İlham Əliyev deyib: "Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim Sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir.

Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız".

Cebhe.info


Oxunma sayı: 1541