hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Prezidentin bu addımı insanların hiddətinə səbəb oldu

Prezidentin bu addımı insanların hiddətinə səbəb oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxı, arxiyepiskop Mesrop Mustafyanın ölümü ilə bağlı “Tvitter” mikrobloqunda başsağlığı mətni yayımlayıb.

R.T.Ərdoğanın bu hərəkəti azərbaycanlı milliyətçi gəncləri hiddətinə səbəb olub. Diqqətçəkən məqam başsağlığı mətninin həm erməni, həm də türk dilində olmasıdır.

Bu addım nədən qaynaqlanır və nə üçün atılıb?

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Yadigar Nağıyev məsələyə münasibət bildirib:

“İlk olaraq, Paşinyanın İran səfəri zamanı erməniləri hərəkətə gətirməsi və beynəlxalq dəstək almaq hissi, Türkiyədə ermənilərin banklara gedərək, ölkəsinə dollarlar yollaması ilə nəticələndi ki, bu da dövlət daxilində dolların azalmasına səbəb olub. 

Türkiyə prezidenti bununla bu məsələlərin həlli üçün addım atmış oldu.

1. Paşinyanın nüfüzunun Türkiyədə yüksəlməməsi.
2. Ermənilərin dollar köçürməsinin azalması.
3. Qarabağ konfliktinin həlli üçün, ermənilərlə azərbaycanlılarla vasitənin ən ideyalı Türkiyədir.
4.Artmaqda olan, “erməni soyqırım” iddialarının azaldılması.

Məhz bu yönlərdən baxdıqda Türkiyə prezidentinin strateji addımını görə bilərik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6177