hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Prezidentin 16 yaşlı qızına eşq elan etdi: İzsiz-soraqsız yoxa çıxan əsgərin aqibəti...

Prezidentin 16 yaşlı qızına eşq elan etdi: İzsiz-soraqsız yoxa çıxan əsgərin aqibəti...

Xəbər verildiyi kimi, Suriya Prezidenti Bəşər Əsədin 16 yaşlı qızına eşq elan edən əsgər yoxa çıxıb. Suriya Ərəb Ordusunun əsgəri olan Yezin Sultani adlı şəxs sosial şəbəkədə paylaşım edərək Prezidentin qızı Zeynüşşama aşiq olduğunu bildirmişdi.

Cebhe. info xəbər verir ki, onun aqibəti hələ də bəlli deyil. "Səni sevirəm. Sən mənim, mən səninəm",-deyən əsgər qısa müddət sonra yoxa çıxıb.

“Independent" yazır ki, hərbçi daha sonra bir videosunda "Sənin üçün hər şeyi edəcəyəm",-deyib.

Hazırda onun harda olduğu bilinmir.

Hüquq-müdafiə təşkilatları artıq bununla bağlı narahatlqılarını ifadə etməyə başlayıblar. Əsgərin ailəsindən məsələylə bağlı hələlik şərh verilməyib. Bununla belə, onun artıq cəzalandırıldığı, hətta öldürüldüyü ehtimalı səsləndirilir.

Xəzər
Cebhe. info


Oxunma sayı: 1112