hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Prezidentin köməkçisi: “Məcbur olduq ki, diplomatik notalarla müraciət edək”

Prezidentin köməkçisi: “Məcbur olduq ki, diplomatik notalarla müraciət edək”

“Evdə müalicə üçün paketlərlə bağlı dərman preparatları nəzərdə tutulur. Bu barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək. Hazırda yekdil fikir yoxdur”.

Cebhe. info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu prosesin harada başa çatacağı ilə bağlı qənaət yoxdur: “Qarşıdan gələn dövr ərzində bütün ölkələri qeyri-müəyyənlik gözləyir. Azərbaycan dövləti vətəndaşların sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması üçün işlər görür. Bizim Qərb ölkələrinin birində olan diplomatik nümayəndəliklərimiz COVID-19 virusu ilə üz-üzə qaldığı şəraitdə həmin ölkənin tibb strukturlarına müraciət etmişdi. Lakin günlərlə onlara hər hansı tibbi xidmət göstərilmədi. Biz məcbur olduq ki, həmin ölkənin aidiyyatı strukturlarına diplomatik notalarla müraciət edək. Digər dövlətlərdə də bu qəbildən olan çətinliklər var”.
Xəzər
Cebhe. info


Oxunma sayı: 1915