hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Prezidentlər ayaqüstü görüşəcək

Prezidentlər ayaqüstü görüşəcək

ABŞ və Rusiya prezidentlərinin Yaponiyada gözlənilən görüşü ilə bağlı hər iki tərəfdən bəyanatlar səslənsə də, hələlik dəqiq informasiya yoxdur.

Cebhe.info xəbər verir ki, ABŞ və Rusiya liderlərinin Yaponiyada Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşü gözlənilir.

Ekspertlər isə bildirir ki, əgər indiyə qədər görüş barədə rəsmi informasiya verilməyibsə, o zaman görüş ayaqüstü olacaq.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, dövlət başçılarının görüşünün təşkili aydın diplomatik iş, səy tələb edir.

Nazir müavininin açıqlaması liderlərin görüşünün xüsusi olaraq hazırlanmadığı qənaətini yaradır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1321