hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Prezidentlər Suriyanı müzakirə etdi

Prezidentlər Suriyanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə telefonla danışıb.

Cebhe.info xəbər verir ki, prezidentlər İranın nüvə sazişinin həyata keçirilməsinin müxtəlif aspektlərini, habelə Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər Suriyada sülhə nail olmaq və bu ölkədəki humanitar vəziyyətin yaxşılaşdırılması üçün əlaqələndirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Bundan əlavə, prezidentlər koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar.

Bundan əvvəl Vladimir Putin, Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı İrana qarşı sanksiyaların təzyiqinin faydasız olduğunu bildirmişdi.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1024