hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Prezidentlərin ilk telefon tanışlığı: Nədən danışıblar?

Prezidentlərin ilk telefon tanışlığı: Nədən danışıblar?

Kreml Ukrayna və Rusiya prezidentlərinin telefon danışığının təfərrüatları barədə məlumat yayıb.

Cebhe.info xəbər verir ki, görüş kifayət qədər praqmatik xarakter daşıyıb. Kremlin mətbuat katibi Dmitri Peskov "O ki qaldı, danışığın atmosferinə, bu, iki prezident arasında tanışlıq məqsədli ilk ünsiyyət idi", - deyə vurğulayıb.

Peskov qeyd edib ki, hazırda hansısa emosional tonlardan danışmaq tezdir: "Söhbət bunun üçün olmayıb. Rusiya və Ukrayna prezidentinin ilk dəfə ünsiyyət qurması özü olduqca vacibdir".

Xatırladaq ki, prezidentlər arasında telefon danışığı bu gün olub və Ukraynanın cənub-şərqindəki vəziyyət, Normand formatı müzakirə edilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 694