hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Professor BDU-ya buraxılmadı: “Yorulmuş atları güllələyirlər…”

Professor BDU-ya buraxılmadı: “Yorulmuş atları güllələyirlər…”

Qocaman jurnalist, BDU-nun professoru Nəsir Əhmədli BDU-ya buraxılmayıb.

Cebhe.info xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.

“2 gün əvvəl kafedradakı kompüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?

- Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm. Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”.

Xatırladaq ki, pandemiya dövründə təhsillə bağlı verilmiş qərara əsasən, 65 yaşdan yuxarı müəllimlər təhsil müəssisəsinə buraxılmır.

Cebhe.info


Oxunma sayı: 6854

Bizim Telegram səhifəmizi izləyin