hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Professor Operativ Qərargaha müraciət etdi: "Xəstəlik əlaməti olmayanları evə göndərmək olar"

Professor Operativ Qərargaha müraciət etdi: "Xəstəlik əlaməti olmayanları evə göndərmək olar"

“Əgər karantində bir adam xəstələnsə, orada olan hər kəsin sağalmağı təhlükə altına düşəcək”.

Cebhe.info xəbər verir ki, bunu tibb elmləri namizədi, professor Adil Qeybulla Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciətində bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olanlar, sərhədi keçənlər, əgər onlarda COVID-19-la bağlı əlamətlər yoxdursa, qeydiyyata götürüb evdən çıxmamaq şərtilə öz ünvanına yollamaq məsləhətdir:

“Xüsusi həkimlər və tibb işçilərindən ibarət qruplar hazırlanmalıdır. Onlar konkret bir ərazi, kvartal üçün ayrılmalı (ailə və sahə həkimləri tipində), əlavə maaş və lazımi avadanlıqlarla təmin və təhciz edilməlidir. Bu çox vacibdir!

Sabah xəstələrin sayı artsa, xəstəxanalarda yer olmasa, onsuz da biz bu yolu seçməyə məcbur olacağıq. Fransada artıq yüngül xəstələr belə evdə müalicə alırlar. Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır.

Təcrübə göstərir ki, təşkilati tədbirlərin düzgün qurulması uğura gətirib çıxarır. Almaniya təcrübəsi bəlkə də ən nümunəvi sayıla bilər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 23431