hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Prokuror məmuru şantaj edən dəstə üzvlərinə cəza istəyib

Prokuror məmuru şantaj edən dəstə üzvlərinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunanlar - Elşən Cabbarov, Şüşəxanım Ədirova, Təbriz Əsədov, Məmməd Cəfərov və Elza Bünyatovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək E. Cabbarovun 12 il, T. Əsədov və M.Cəfərovun 11 il, Ş. Ədirova və E. Bünyatovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunub. E.Cabbarov Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb.

Bundan başqa, E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.

İstintaq orqanı tərəfindən E.Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınır.

Cebhe.info


Oxunma sayı: 573