t Pul “udan” “MilliÖN” aparatları: Vəsaiti yenidən karta köçürmək üçün BUNLARI EDİN - FOTOLAR
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Pul “udan” “MilliÖN” aparatları: Vəsaiti yenidən karta köçürmək üçün BUNLARI EDİN - FOTOLAR

Pul “udan” “MilliÖN” aparatları: Vəsaiti yenidən karta köçürmək üçün BUNLARI EDİN - FOTOLAR

Bakının Yasamal rayonu ərazisində dayanacaqlarda quraşdırılan bir neçə “MilliÖN” aparatı ya işləmir, ya da onlardan metro kartına pul yükləyəndə məbləğ balansa oturmur. 

Yanvarın 10-da saat 18:05-də Yasamal rayonu, C.Cabbarlı küçəsində oxşar hadisə ilə Cebhe.info-nun əməkdaşı da qarşılaşıb. “BakıKart”a 2 manat yükləsə də, yenə də kartın balansı 0.00 göstərib. Təkrar 1 manatın da yüklənməsi vəziyyəti dəyişməyib. Ancaq vəsaitin karta köçürüldüyünə dair qəbz verilib.

Problemin kartda olub-olmadığını yoxlamaq üçün başqa bir ərazidə “BakıKart” aparatından pul yüklənilməsi uğurla sonuclanıb. Bu dəfə yüklənilən pul kartın balansına oturub. 

Məsələyə aydınlıq gətirmək üçün “MilliÖN”ün Çağrı Mərkəzi ilə əlaqə saxladıq. 

Cebhe.info-ya açıqlamasında “MilliÖN Çağrı Mərkəzindən bildirilib ki, hər iki əməliyyat zamanı “MilliÖN” aparatında kart koda düşüb. Bu vəziyyətlə qarşılaşanlar üçün çıxış yolu da göstərilib: 

““MilliÖN” aparatında əməliyyat aparan zaman kartınız koda düşüb. Bu problemi aradan qaldırmaq üçün metroya gedib oradakı eyniadlı aparatın (“MilliÖN”ün) ekranında “BakıKart” portalına daxil olun. Həmin portalda “Balansı artırmaq” bölümünü seçin və kartı pul yükləmə bölümünə qoyaraq aparata 20 qəpik daxil edin.  Kartınıza 20 qəpik pul köçdükdən sonra 24 saat ərzində kartınız blokdan çıxacaq və hesaba köçüb balansa köçməyən pul kartın balansına oturacaq. Əgər ərazidə işləməyən aparatlar varsa, bizimlə əlaqə saxlayıb yerini bildirin ki, yaranmış problemi aradan qaldıraq”.

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 6645