hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Pul, şöhrət, xoşbəxtlik və..: Azərbaycan və dünya məşhurlarının qisməti olan “ağ ölüm”

Pul, şöhrət, xoşbəxtlik və..: Azərbaycan və dünya məşhurlarının qisməti olan “ağ ölüm”

Hər il “ağ ölüm”, “əsrin bəlası” adlandırdığımız narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bərabər istifadəçilərin də sayı  artır. 

Narkomaniya qurbanları sırasında xüsusilə gənclər üstünlük təşkil edir, “ağ ölüm” gəncləşir. Narkomaniya  insanları onların sosial statusuna baxmadan ağuşuna alır. Məlumdur ki, tanınmış şəxslər arasında da narkotik istifadəsinə görə həyatını itirənlər var. Çox insanın qibtə etdiyi şəxslər var ki, onlar  narkotik qurbanı olmaqdan qurtula bilməyiblər. 

Məsələn , insanların rəqsinə, mahnılarına heyran olduğu , "Popun kralı"  kimi tanınan afroamerikalı müğənni Maykl Cekson da narkotik istifadəçiləri siyahısında olub. Maykl Cekson 22 iyun 2009-cu ildə vəfat edib. Deyilənlərə görə,  Cekson yüksək miqdarda narkotik istifadə etdiyinə və nəticədə ürək ritminin pozulduğuna görə həyatını itirib.

Tanınmış müğənni Vitney Hyuston da 2012-ci il fevralın 11-də “Beverli Hills”də hotel otağında eyni səbəbdən ölü tapılıb.

Elvis Presley 1935-ci il yanvarın 8-də Amerikada anadan olub, müğənni və aktyor kimi şöhrət qazanıb. XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri olduğu üçün “Kral” ("King of Rock and Roll" və ya sadəcə “The King”) kimi yad edilir. Müğənnin 1977-ci ildə  ölümünə səbəb narkotik istifadəsi olub.

Aktrisa Mələk Aybərk ilk növbədə narkotik səbəbi ilə kariyerasını itirib. Daha sonra eyni səbəbdən həbs edilib. Narkomaniya qurbanı olan Mələk Aybərk 1994-cü ildə yüksək miqdarda narkotik istifadəsinə görə həyatını itirib.

Corc Maykl 1963-cü il 25 iyunda doğulub, iki “Qremmi” mükafatı sahibidir. İngilis müğənnisi, vokalist və bəstəkar kimi məşhurlaşıb. Corc Maykl musiqi tarixindəki ən müvəffəqiyyətli müğənnilərdən biri hesab olunur. Müğənni 2016-cı ilin dekabrında vəfat edib.Homoseksual müğənninin 9 il münasibətdə olduğu keçmiş sevgilisi Paul Stag Corc Mayklın narkotik aludəçisi olduğunu və onun  narkotik maddə qəbul etdiyinə görə öldüyünü deyib. Lakin müğənni dünyasını dəyişən zaman onun ürək çatışmazlığından öldüyü bildirilib.

Afifə Jalə Türkiyənin ilk teatr aktrisası olub. İlk olmağın gətirdiyi böyüklüyü, xoşbəxtliyi, eyni zamanda çətinliyi, məhrumiyyətləri, faciəni bu böyük qadın qısa ömrünə sığdıra bilmişdi. 1902-ci ildə İstanbulda anadan olub. 1928-ci ildə gələcəkdə çox böyük sevgi yaşayacağı bəstəkar Səlahəddin Pınar ilə tanış olub. 1929-cı ildən onlar bir yerdə yaşamağa başlayıblar. Hər şey mükəmməl görünsə də, cütlük morfinə qalib gələ bilməyib. 1935-ci ildən artıq ayrı yaşamağa başlayıblar. Afifə Jalə kokain istifadə etdiyinə görə 1941-ci ildə  həyatını itirib.

Aktrisa Defne Joy Foster 1975-ci il sentyabrın 2-də Türkiyədə  anadan olub. 2011-ci ild fevralın 2-də isə narkotikdən həyatını itirib.

Cim Marrison 1943-cü il 8 dekabrda anadan olub. Məşhur ABŞ bəstəkarıdır, eyni zamanda şair kimi də şöhrət qazanıb. 1971-ci  3 iyulda  artıq miqdarda narkotik istifadə etdiyi üçün vəfat edib.

Azərbaycanlı məşhur repçi Hüseyn Dərya 1975-ci il 29 iyunda anadan olub. Hip- hop karyerası 2000-ci ildən başlayıb. Onun ölüm səbəbi narkotik olmasa da, özü  narkotik istifadə edən məşhurlar sırasında idi. Hətta H.Dəryanın bu  səbəbdən ailəsi dağılıb. O, bununla yanaşı  narkotikə görə həbs də edilib. Repçi 2014-cü il martın 14-də avtomobil qəzasına uğrayıb.  Ağır xəsarətlər alan Hüseyn Dərya martın 15-də səhər saatlarında dünyasını dəyişib.

Anar Nağılbaz 28 mart 1974-cü ildə Bakıda doğulub. Nağılbazın narkotik istifadəçisi olması ilə bağlı mətbuatda yazılar yer alıb. Repçi 2018-ci il avqustun 4-də qəfildən vəfat edib.

Elçin Cəlilov da narkotikdən ölən məşhurlar sırasındadır, müğənni 2005-ci ildə həyatını itirib.

Əliislam İslamov 1979-cu ildə doğulub, meyxanaçı olub. Ölüm səbəbi 2017-ci il aprelin 1-də yüksək dozada narkotik maddə qəbul etməsi olub.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 16149