hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Pulqabı oğruları tutuldu

Pulqabı oğruları tutuldu

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aprelin 4-də Zabrat qəsəbə sakini G.Zəkiyevanın 300 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Aprelin 4-də Bakı şəhər sakini N.Vəliyevə zor tətbiq edib içərisində 423 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinənlər - Ağstafa rayon sakini E.Sadıqlı və Cəlilabad rayon sakini S.Mirzəyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 870