t Putin Ərdoğanı müharibəyə təhrik edir - ŞƏRH
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Putin Ərdoğanı müharibəyə təhrik edir - ŞƏRH

Putin Ərdoğanı müharibəyə təhrik edir - ŞƏRH

Türkiyənin Liviyaya hərbi müdaxilə  qərarı geosiyasi tarazlığı yenidən formalaşdırdı. 

Nəzərə alsaq ki, Liviya məsələsində Türkiyə ilə yanaşı Rusiya, İtaliya, Yunanıstan, ərəb ölkələri və digər Qərb dövlətlərinin fərqli maraqları var, bu probleminin tənzimlənməməsi bölgə üçün ciddi təhlükə vəd edir. Liviyada tərəflərin sülhlə bağlı razılığa gələ bilməməsi isə gərginliyi artırır. Liviya Milli Ordusunun komandanı, general Həftər Moskvada sülh sazişi imzalamaqdan imtina edib. Onun Baş nazir Faiz Səracla sülh müqaviləsi imzalamaq istəməməsinin səbəbini isə "Al Arabiya" kanalının mənbəyi açıqlayıb. Feldmarşal Moskvadakı görüşdə bildirib ki, sənəddə Liviya ordusunun bir çox tələblərini nəzərə alınmayıb. Söhbətin konkret hansı təkliflərdən getdiyi bildirilmir. 

Xatırladaq ki, Moskvada Liviyada qarşı-qarşıya gələn tərəflərin görüşü dünən başlayıb. Atəşkəs razılığından sonra sülh sazişinin imzalanması gözlənilsə də, general bundan imtina edib. O da bildirilib ki, general ölkəsindən çıxan kimi paytaxt Tripolidə qarşı tərəfin mövqeləri yenidən atəşə tutulub. Görüşün uğurlu alınmaması və yaramçıq kəsilməsinin səbəbi Həftərin ordusunu Tripolidən çıxarmaqdan imtina etməsi olub. 

Maraqlıdır, sülh razılığının olmaması Türkiyənin Liviya hərbi müdaxilə planına “yaşıl işıq” yandırırmı? 

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, general Həftərin mövqeyi əvvəlcədən bəlli idi:

“Türk axını”nın İstanbulda baş tutan açılışında Rusiya və Türkiyə prezidentləri bəyan etdilər ki, Liviya probleminin çözülməsi ilə bağlı yaxın günlərdə Moskvada danışıqlar baş tutacaq. Bu danışıqlar isə Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə baş tutdu. Təbii ki, Türkiyə tərəfinin mövqeyi bəllidir. Türkiyə general Həftərin paytaxt Tripoli istiqamətində olan hücumunun qarşısının alınmasında maraqlıdır. Əslində Türkiyənin rəsmi Liviya hökuməti ilə razılaşmasından da belə məlum olur ki, məqsəd budur. Türkiyə ilə Liviya hərbi əməkdaşlıqla bağlı razılaşıblar. Türkiyənin Liviya ilə belə bir yaxınlaşmaya getməsi daha çox Türkiyənin Aralıq dənizindəki qaz yataqları ilə bağlı maraqlarından irəli gəlir. Ümumiyyətlə, Aralıq dənizindəki qaz yataqlarında Yunanıstan, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Qərb dövlətlərinin maraqları var”. 

Burada bir maraqlı məqam var ki, Rusiya və Türkiyə prezidentlərinin danışıqlarından sonra general Həftərin Moskvada belə bir mövqe sərgiləyəcəyi əslində gözlənilən idi. Həftərin isə mövqeyinə və fəaliyyətinə Rusiyanın, konkret desək Putinin kifayət qədər təsir imkanı var. Görünən isə odur ki, tərəflər müzakirələrdə ortaq məxrəcə gələ bilməyib. Güman olunurdu ki, problemin həll olunması üçün Rusiya Liviya məsələsində güzəştə gedəcək. İstisna deyil ki, Putin konstruktiv mövqe sərgiləyəcək. Çünki Rusiya üçün “Türk axını” çox vacib layihədir və bu milyardlarla gəlir deməkdir. Türkiyənin isə enerji təhlükəsizliyi baxımından bu kəmərin önəmi böyükdür. Digər tərəfdən Rusiya Türkiyə ilə strateji müttəviqlik üzərindən münasibət qurmağa başlayıb. Ona görə də Rusiyanın Türkiyə ilə münasibətlərdə xırda çatın yaranmasına imkan verməz. Bu Rusiyanın hazırkı maraqlarına uyğun deyil”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 2553