hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Putin Lukaşenko ilə “döyüşə” 200 muzdlu hazırladıb

Putin Lukaşenko ilə “döyüşə” 200 muzdlu hazırladıb

Rusiya Belarusa 200-ə yaxın muzdlu döyüşçü göndərmək istəyib.

Cebhe.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. O, ölkəsində Rusiyanın özəl hərbi şirkəti olan "Vaqner"in 33 döyüşçüsünün saxlanılmasından sonra bu barədə danışıb.

Qeyd edib ki, ölkəsinə göndərilmək üçün əslində 200-dən artıq "Vaqner" döyüşçüsü hazırlanıb.

"Afərin, onlar (Dövlət Təhlükəsizlik Xidməti- red.) müəyyən etdilər ki, bu, hələlik birinci qrupdur. Mən belə düşünürəm ki, bu, ilk 180-200 nəfərlik qrupun ancaq bir hissəsidir. Onların Belarusa göndərilməsi gözlənilirdi. Mən hesabatı oxudum, bu günə olan dəqiq rəqəmlərdir".

Xatırladaq ki. bir neçə gün əvvəl Minsk yaxınlığında 33 “Vaqner” döyüçüsü saxlanılıb. Bu şirkətə Putinə yaxın olan şəxs tərəfindən nəzarət edildiyi bildirilir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2718