hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Putin miqrantlara yaradılan yaxşı həyatdan danışır:Nazir yarım milyon insanı qovmaqla hədələyir

Putin miqrantlara yaradılan yaxşı həyatdan danışır:Nazir yarım milyon insanı qovmaqla hədələyir

"Biz hər şeyi edirik ki, insanlar özlərini rahat hiss etsinlər. Əmək miqrantlarının həyat şəraitini rahatlaşdırmaq üçün Rusiya hakimiyyəti bütün mümkün tədbirləri həyata keçirir".

Cebhe.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistan lideri İmaməli Rəhmonla görüşündə deyib. O bildirib ki, bir çox sahələrdə işçi qüvvəsi çatışmır: "Buna görə də insanların özünü rahat etməsi üçün çalışırıq".

Xatırladaq ki, pandemiya səbəbindən Rusiyada işçi miqrantların sayı kəskin azalıb. Aprelin əvvəlində Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu səbəbdən böyük layihələrin icrası üçün işçi qüvvəsi çatışmır.

Ancaq qısa müddət sonra Daxili İşlər naziri Aleksandr Qorovoy Rusiyada yarım milyondan çox qeyri-leqal miqrantın yaşadığını açıqlayıb. İndi bu şəxslər heç bir cərimə ödəmədən Rusiyanı tərk edə bilərlər. İyundan etibarən isə onlara qaşrı inzibatı cəza tədbirləri qüvvəyə minəcək və deportasiya olunacaqlar.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2740